0703155507
info@sina.az
Azerbaijani flag
Azerbaijani
Dil seçin
Azerbaijani flag
Azerbaijani
English flag
English
0
Haqqımızda cover
icon
Sina Haqqımızda

Haqqımızda

Ətraflı
Haqqımızda

Sina.az komplekləşdirilmiş online təhsil veb platformasıdır. Saytımız 2023-cü ildən fəaliyyətə başlamışdır. Burada müəllimlər, tələbələr və təhsil kursları üçün istifadəçi panelləri mövcuddur. Bu panellərin hər hansı birindən istifadə etmək istəyənlər sina.az saytına daxil olmaqla “Qeydiyyat” bölməsini seçərək, tələb olunan məlumatları daxil etməklə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçdikdən sonra təhlükəsizliyiniz və məlumatlarınızı qorumaq üçün E-mail ünvanınıza sina.az-dan təsdiq ismarıcı göndərilir. E-mail ünvanınızdakı mövcud linki açmaqla artıq sina.az-dan istifadə edə bilərsiniz.

Qeydiyyatdan keçən hər bir istifadəçimiz ilk dəfə “Tələbə” istifadəçi kimi qeydə alınmış hesab olunur. Müəllim və təhsil kursları kimi fəaliyyət göstərmək istəyənlər “Müəllim ol” və ya “Təhsil kursu” butonlarını seçməklə davam edə bilərlər.


Necə müəllim ola bilərəm?

Sina.az saytında müəllim olmaq vaxtınıza qənaət, gəlirinizə isə əlavələr gətirəcəkdir. Qeydiyyatdan keçdikdən sonra “Müəllim ol” butonunu seçməklə tələb olunan məlumatları və sizin tədris edəcəyiniz təhsil sahəsini seçərək sonda saytımıza özünüz və fəaliyyətinizi göstərən CV (PDF formatında olmalıdır) ilə müraciət etməlisiniz.

Məlumatlarınıza 1 gün ərzində baxılır, əgər məlumatlarınız və tədris sahəniz düzgün göstərilibsə təsdiq edilir. Müəllim kimi təsdiq edilmiş istifadəçi artıq sina.az saytının Müəllim paneli üçün qurulmuş bütün imkanlardan istifadə edə bilər.

Müəllim panelindən istifadə qaydaları və funksiyaları haqqında “Müəllim ol” video çarxına baxaraq daha geniş məlumat ala bilərsiniz.


Təhsil kursu necə qura bilərəm?

Mövcud kursunuz və ya yeni yaratdığınız kursunuzu burada daha rahat və səmərəli idarə edəcəksiniz. Qeydiyyatdan keçdikdən sonra “Təhsil kursu” butonunu seçməklə tələb olunan məlumatları və sizin tədris edəcəyiniz təhsil sahəsini (sahələrini) seçərək, sonda saytımıza özünüz və fəaliyyətinizi göstərən CV (PDF formatında olmalıdır) ilə müraciət etməlisiniz.

Məlumatlarınıza 1 gün ərzində baxılır, əgər məlumatlarınız və tədris sahəniz düzgün göstərilibsə tərəfimizdə təsdiq edilir. “Təhsil kursu” kimi təsdiq edilmiş istifadəçi artıq sina.az saytının “Təhsil kursu” paneli üçün qurulmuş bütün imkanlardan istifadə edə bilər.

Təhsil kursu panelindən istifadə qaydaları və funksiyaları haqqında “Təhsil kursu” video çarxına baxaraq daha geniş məlumat ala bilərsiniz.
















Sina.az saytı sizə müəllim və tələbə statistikasını nəzarətdə saxlamaq, gəlirlər və xərclərinizin maliyyə hesabatını aparmaq, yeni müəllimlər və tələbələr qazanmaq, tələbələrə və müəllimlərə kursunuza məxsus sertifikat vermək və başqa onlarla səmərəli funksiyalar təqdim edir.